Hatayın Samandağ rayonunda küçədə yaralı vəziyyətdə tapılaraq müalicəyə götürülən itin ov tüfəngi ilə vurulduğu müəyyən edilib. Hadisəni törətdiyi müəyyən olunan G.B. polis tərəfindən saxlanılıb.
Samandağ rayonunun Atatürk məhəlləsində ötən gün patrul xidməti aparan polis əməkdaşları yol kənarında yaralı küçə iti görüblər. Müəyyən olunub ki, it ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb. Polis əməkdaşları heyvanı baytar həkimə çatdırıblar. Müalicəsi davam etdirilən itin vəziyyətinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma aparan İl Emniyet Müdürlüğünün əməkdaşları iti vuran şəxsi müəyyən ediblər. Şübhəli saxlanılıb.
Onun evində aparılan axtarış zamanı hadisədə istifadə edildiyi ehtimal olunan ov tüfəngi və 2 patron aşkarlanaraq götürülüb.








