XeberPlus

Ən son xəbərlər

Maraqlı

Tarixin 17 Sentyabrı

Bu gün – 17 sentyabr tarix boyu yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.

XeberPlus.com xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

17 sentyabrda baş verənlər:

1918 – Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçüb.

2006-cı ildə Prezident İlham Əliyev Türkdilli dövlətlərin və topluluqların X Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edib.

2010-cu ildə Prezident İlham Əliyev “Azərbaycan yaşıl dünya naminə” beynəlxalq ekologiya sərgisi ilə tanış olub. Sərgi “Ekologiya ili” çərçivəsində keçirilib.

2015-ci ildə İlham Əliyev Kürdəmir rayonuna səfər edib, burada Bayraq Meydanının açılışında iştirak edib. Həmin gün Ağsu rayonunda da olub və müxtəlif sosial-infrastruktur layihələri ilə tanış olub.

2024-cü ildə Prezident İlham Əliyev Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, həmçinin Bakıda və Abşeron rayonunda bir sıra sosial və infrastruktur obyektlərinin açılışında iştirak edib.

17 Sentyabr doğulanlar:

1909-cu ildə Azərbaycanın ilk qadın təyyarəçisi, Şərqin ilk qadın pilotlarından Leyla Məmmədbəyova, 1946-cı ildə Xalq artisti, müğənni Səməd Səmədov, 1950-ci ildə Əməkdar mədəniyyət işçisi, tanınmış xalça ustası Zəhra Əliyeva, 1956-cı ildə rəssam və heykəltəraş Müslüm Eldarov, 1990-cı ildə Vətən müharibəsi iştirakçısı, şəhid Pərviz Həsənov, 1991-ci ildə Vətən müharibəsi iştirakçısı, şəhid Rahib Hacı-İsmayılov doğulub.

Həmçinin, 1928-ci ildə britaniyalı aktyor Roddi Makdauoll, 1944-cü ildə italyan alpinist və səyyah Reynhold Messner, 1950-ci ildə Hindistanın Baş naziri Narendra Modi, 1985-ci ildə rusiyalı hokkeyçi Aleksandr Oveçkin, 1995-ci ildə amerikalı futbolçu Patrik Mahoums dünyaya gəlib.

17 sentyabrda vəfat edənlər:

2004-cü ildə teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə, 2014-cü ildə Xalq artisti, vokal ifaçısı və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti Eldar Baləğa oğlu Axundov vəfat edib.

Həmçinin, 1961-ci ildə Türkiyənin keçmiş baş naziri Adnan Menderes, 1997-ci ildə amerikalı aktyor və komediyaçı Red Skelton, 2021-ci ildə Əlcəzairin keçmiş prezidenti Abdüləziz Buteflika, 2024-cü ildə amerikalı müğənni, bəstəkar və aktyor Cey Di Sauter dünyasını dəyişib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *