Avropa İttifaqı uşaqların sosial medianın mənfi təsirlərindən qorunması məqsədilə yeni qaydalar hazırlayır.
XeberPlus.com xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı hazırlanan “Aİ Uşaqlar Qanunu” layihəsinin əsas detallarını açıqlayıb.
Təklifə əsasən, 13 yaşdan aşağı uşaqların sosial media platformalarına girişinin tamamilə məhdudlaşdırılması nəzərdə tutulur. 13-15 yaş aralığında olan uşaqlar üçün isə daha sərt qaydaların tətbiqi planlaşdırılır.
Bu yaş qrupundakı istifadəçilərin yalnız valideyn nəzarəti ilə yaradılan və funksiyaları məhdudlaşdırılmış “mini hesablar” vasitəsilə platformalara daxil olması təklif edilir. Belə hesabların gündəlik istifadə müddətinin isə maksimum bir saat olması nəzərdə tutulur.
Qanun layihəsinin cümə axşamı rəsmi şəkildə təqdim ediləcəyi bildirilib.







