İnfluenser Aynişan Quliyeva Qarabağ səfərindən video paylaşıb.
XeberPlus.com xəbər verir ki, Aynişan atası Xalid Quliyevin döyüşdüyü və şəhid olduğu ərazilərə gedib. O bu haqqda sosial şəbəkə hesabında paylaşım edib.
Aynişan paylaşımında atası haqqında bunları yazıb:
“O, xüsusi təyinatlı tank sürücüsü idi və müharibəyə könüllü yollanmışdı. Döyüşlərin birində üç əsgər yoldaşını mühasirədən xilas edib. Geri qayıdarkən idarə etdiyi tank minaya düşüb və atam şəhidlik zirvəsinə ucalıb”.







