XeberPlus

Ən son xəbərlər

Dünya

NASA yeni göy cismi kəşf edib

X-Şüaları Rəsədxanası 6 fərqli qalaktikada aşağı enerjili 84 şübhəli obyekt aşkarlayıb. Tədqiqat qrupu ölmüş ulduzların qalıqları olan qara dəlik, neytron ulduzu və ya ağ cırtdanlardan ibarət bu sistemləri “ifrat yumşaq X-şüa mənbələri” adlandırıb. Normalda ulduzlardan qaz çəkən kompakt sistemlərin yüksək enerjili və güclü X-şüaları yayması gözlənilir. Lakin bu obyektlərin əsasən ultrabənövşəyi şüalanma yaydığı müəyyən edilib.

Alabama Universitetindən araşdırmanın aparıcı müəllifi Mustafa Muhibullah bildirib ki, daha əvvəl buna bənzər obyektlər qrupu ilə qarşılaşmayıblar. Onun sözlərinə görə, bu mənbələr kainatla bağlı iki mühüm sualın cavablandırılmasına kömək edə bilər.

Mütəxəssislər hesab edirlər ki, yayılan güclü ultrabənövşəyi şüalar ulduzlararası qazların necə ionlaşdığını və ulduzların yaranma prosesinə necə təsir etdiyini izah edə bilər. Bundan əlavə, bu obyektlər kainatın genişlənməsini ölçmək üçün istifadə olunan Ia tipli supernova partlayışlarının necə baş verdiyinə dair mühüm ipucları verə bilər.

Mənbə: dha.com.tr

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *