Azərbaycan Xarici İşlər Nazirliyinin paylaşdığı məlumatda bildirilib ki, 9 sentyabrda Qara dənizdə hərəkətdə olan “TEDY” adlı xarici yük gəmisinə PUA-larla hücum edilib.
XeberPlus.com xəbər verir ki, hücum nəticəsində Aslan Əliyev və Asim Qasımov həyatını itirib. İmran Novruzov və Rauf Əliyev isə yaralanıb.
Yaralıların Ukraynanın Çernomorsk şəhərindəki xəstəxanalardan birində müalicə aldığı bildirilib. Xarici İşlər Nazirliyi həlak olanların ailələrinə başsağlığı verib, yaralılara isə şəfa diləyib. Eyni zamanda, Azərbaycan vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edilib.
Bildirilib ki, hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu ərazilərə səfər etmək eləcə də belə marşrutlarda fəaliyyət göstərən gəmilər də daxil olmaqla nəqliyyat vasitələrində işləməmək tövsiyə olunur.







