Bu dəfə tarix təqvimində 10 sentyabrın yadda qalan məqamlarına nəzər salırıq.
XeberPlus.com bildirir ki, 10 Sentyabr tarixdə bir sıra mühim hadisələrlə yadda qalıb.
2007-ci il – Bakıda, Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin təməli qoyulub. Mərasimdə Prezident İlham Əliyev iştirak edib, layihənin müəllifi məşhur memar Zaha Hadid olub.
2008-ci il – Azərbaycan və Lixtenşteyn milli komandaları arasında futbol matçı keçirilib və Azərbaycan 2:0 hesabı ilə qalib gəlib.
10 Sentyabr doğulanlar
1917 – ci ildə Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk aktrisalarından biri Firuzə Əlixanova, 1935 – ci ildə Ədəbiyyatşünas, tərcüməçi və publisist Maqsud Hacıyev, 1947 – ci ildə publisist və yazıçı Mustafa Çəmənli, 1968 – ci ildə Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov doğulub.
Həmçinin 1933 – ci ildə məşhur modelyer və fotoqraf Karl Lagerfeld, 1960 – ci ildə britaniyalı aktyor Colin Firth, 1982 – ci ildə amerikalı balerina, American Ballet Theatre-in əsas balerinası olmuş ilk afroamerikalı qadın Misty Copeland dünyaya gəlib.
10 sentyabrda vəfat edənlər:
2015 – ci ildə Əməkdar rəssam Altay Səidov, 1979 – ci ildə Anqolanın ilk prezidenti və ölkənin müstəqillik hərəkatının liderlərindən biri Agostinho Neto, 2020 – ci ildə “The Avengers” və “Game of Thrones” kimi ekran işlərindəki rolları ilə tanınan britaniyalı aktrisa Diana Rigg vəfat edib.







