XeberPlus

Ən son xəbərlər

Araşdırma

Dünyada ilk stiker necə yarandı?

Bu gün mesajlaşmaların ayrılmaz hissəsinə çevrilən stikerlərin tarixi əslində rəqəmsal dövrdən xeyli əvvələ gedib çıxır. İlk stikerlər kağız üzərində hazırlanır və müxtəlif məhsulların üzərinə yapışdırılaraq məlumat vermək, reklam etmək və ya bəzək məqsədi daşıyırdı. 1935-ci ildə amerikalı ixtiraçı Rey Stenton Everi tərəfindən icad edilmişdir. O, arxa hissəsində xüsusi qoruyucu kağızı olan və qopub asanlıqla yapışan ilk stikeri sistemini yaratmışdır. Lakin zamanla bu stikerlər öz yerini rəqəmsal stikerlərə verməyə başladılar.

XeberPlus.com xəbər verir ki, ilk nümunələrdən biri 2011-ci ildə Yaponiyada istifadəyə verilən LINE messencerində ortaya çıxıb. Burada insanlar emosiyalarını stikerlər vasitəsilə bildirirdilər.

LINE-ın stikerləri adi emojilərdən daha böyük və ifadəli idi. İstifadəçilər sevinc, kədər, təəccüb, qəzəb və digər hissləri müxtəlif personajlar vasitəsilə göstərə bilirdilər. Bu gündə istifadə edilən stikerlər yarandığı gündən bəri eyni funksiya məqsədilə istifadə olunurlar. Sonradan stikerlər WhatsApp, Telegram, Facebook kimi sosial şəbəkələrdə də istifadə edilməyə başlandı. Artıq hərəkətli stikerlər belə mövcuddur.

Bu gün isə istifadəçilər hazır stikerlərlə yanaşı, öz fotolarından, Gif-lərdən və müxtəlif vasitələrdən fərdi stikerlər də yarada bilirlər. Yəni stiker artıq sadəcə şəkil deyil, internet ünsiyyətində özünəməxsus ifadə vasitəsidir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *