Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda maraqlı hadisə yaşanıb. 33 yaşlı Gülüstan Kurt sosial şəbəkədə canlı yayım etdiyi vaxt polis onun evinə basqın edib.
Polis qapıya yaxınlaşanda canlı yayımda olan şəxslərdən biri “Hürrem, qapını döyürlər, açma” deyərək qadını xəbərdar etməyə çalışıb. Lakin polis qısa müddətdə evə daxil olaraq Gülüstan Kurtu saxlayıb. Hadisə həmin an canlı yayımda izlənilib.
Araşdırma zamanı məlum olub ki, qadın haqqında müxtəlif məhkəmələr tərəfindən verilmiş ümumilikdə 64 il 6 ay həbs cəzası olub. Onun əsasən oğurluqla bağlı olmaqla 215 cinayət qeydinin olduğu müəyyən edilib.
Gülüstan Kurt polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə göndərilib və barəsində həbs qərarı çıxarılaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
Mənbə: DHA







