Bu gün kompüterlərdən həm iş, həm təhsil, həm də şəxsi məlumatların saxlanılması üçün geniş istifadə olunur. Lakin internetdə artan kiberhücumlar, viruslar və zərərli proqramlar şəxsi məlumatların təhlükəsizliyi üçün ciddi risk yaradır
Bəs kompüterimizi təhlükələrdən qorumaq üçün nələrə diqqət etməliyik?
XeberPlus.com mövzu ilə bağlı etdiyi araşdırmanı təqdim edir:
İlk növbədə, kompüterdə istifadə olunan əməliyyat sistemi və proqramlar mütəmadi olaraq yenilənməlidir. Yeniləmələr cihazda aşkarlanan təhlükəsizlik boşluqlarının aradan qaldırılmasına kömək edir.
Digər vacib məqam isə şifrələrin təhlükəsizliyidir. Sadə və asan təxmin edilən parollardan istifadə etmək əvəzinə, hər hesab üçün fərqli və mürəkkəb şifrə seçmək tövsiyə olunur. İmkan olduqda iki mərhələli doğrulama funksiyasından da istifadə etmək lazımdır.
Eyni zamanda, tanımadığımız şəxslərdən gələn e-poçt, mesaj və linklərə klikləmək təhlükəli ola bilər. Belə keçidlər istifadəçini saxta saytlara yönləndirə və ya kompüterə zərərli proqram yükləyə bilər.
Mütəxəssislər vacib faylların ehtiyat nüsxəsinin saxlanılmasını da tövsiyə edirlər. Bu, kompüterə virus düşdüyü və ya məlumatlar itirildiyi halda faylların bərpasına imkan yaradır.
Bundan başqa, proqramları yalnız etibarlı mənbələrdən yükləmək, antivirus və təhlükəsizlik sistemlərindən istifadə etmək də kompüterin qorunmasında mühüm rol oynayır.







