Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 6 avqust 2026-cı il tarixində Yeni Xan qızı kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Xeberplus.com Oxu.az-a istinadla xəbər verir ki, Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hazırda vətəndaş – 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.







