Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri, ekoloji problemlər və dayanıqlı gələcəyə dair məsələlər yenidən gündəmə gəlir. Tədbir iqlim böhranına qarşı mübarizədə əməkdaşlığın, ekoloji təşəbbüslərin və fərdi məsuliyyətin əhəmiyyətinə diqqət çəkir.
Bəs iqlim dəyişikliyi Azərbaycana necə təsir göstərəcək?
Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev XeberPlus.com-a açıqlamasında bildirib ki, hava şəraitində hiss edilən prosesslər müəyyən illər ərzində qeyd edilir və ictimaiətə açıqlanır:

” Hazırda iqlim yaradan amillərdə çox dəyişiklik müşahidə edilmir. Hava şəraiti normaldır, 1957-ci illərdə də hava bu günkü kimi olub, ondan əvvəldə. Kainatın dövrilik qanunu var. Müəyyən nəsillər də bunu görür və qeyd edirlər”.
Ekspert bildirib ki, iqlim dəyişikliyi yüz illərdir müşahidə edilir o şiddətli fəsadlarla özünü göstərə bilər:
“İqlim dəyişikliyi çay daşqınlığına səbəb ola bilər. Çay daşğınlarının qarşısını almaq üçün isə kifayət qədər bəndlər tikilməyib. Daha əvvəl Baləkən-Şamaxı ərazilərində su anbarları tikilməsilə bağlı layihə irəli sürüldü ki, həm də suvarma və ehtiyaclar üçün istifadə edilsin.Lakin yetəri qədər tikilmədi. Həmçinin 600 min il əvvələ getsək asteroidin düşməsilə dinazavrlar və digər heyvanlar məhv olub bunlar da iqlimin təsirləridir”.







