ARB TV-dən ayrılan aparıcı Elgiz Əkbər bu dəfə yeni layihəsi ilə “YouTube” platformasında izləyicilərinin qarşısına çıxıb.
XeberPlus.com xəbər verir ki, aparıcının “Şadlıq olsun” adlı yeni proqramı bu gündən etibarən yayıma başlayıb.
Elgiz Əkbərin sözlərinə görə, sosial yönümlü proqramda evlənmək istəyən və maddi çətinlik yaşayan şəxslərə dəstək göstəriləcək. Aparıcı layihə vasitəsilə cəmiyyətdəki sosial problemləri gündəmə gətirməyi və ehtiyacı olan insanlara mümkün qədər yardım etməyi hədəflədiklərini bildirib.
“Qeyri-etik insanların burada yeri olmayacaq. İnsanları reytinq xatirinə qıcıqlandırmaq istəmirik. Televiziyya başqa bir cəmiyyətdir. Bəzilərimiz bu məsələlərdən sui istifadə etdik” deyə, Elgiz söyləyib.







