XeberPlus

Ən son xəbərlər

Siyasət

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib.

XeberPlus.com xəbər verir ki, bu barədə Prezident Sərəncam imzalayıb.

Ə. Səncər ordenlə Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, sentyabrın 8-də Əziz Səncərin 80 yaşı tamam olur. O, 2015-ci ildə DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *