XeberPlus

Ən son xəbərlər

Ölkə

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 

Paytaxtda Həsən Əliyev küçəsi – metronun “Koroğlu” stansiyası istiqamətində yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Xeberplus.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avqustun 7-si saat 00:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində, həmçinin Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

AYNA sürücülərə hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmağı, alternativ yollardan istifadə etməyi və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə əməl etməyi tövsiyə edib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *