Qazaxıstanda aparılan arxeoloji qazıntılar zamanı təxminən 1500 il əvvələ aid zəngin bəzədilmiş məzar aşkarlanıb. Məzarın içindən üzəri qızıl parçaları ilə örtülmüş xüsusi mərasim geyimi tapılıb.
Alimlərin məlumatına görə, geyimin üzərində minlərlə kiçik qızıl lövhə yerləşdirilib. Bu parçalar xüsusi döymə və tökmə üsulları ilə hazırlanıb. Tapıntının adi geyim deyil, dəfn mərasimi üçün hazırlanmış xüsusi libas olduğu ehtimal edilir.
Məzarın içindən həmçinin qızıl bəzəklər, silah hissələri və qədim əşyalar da çıxarılıb. Arxeoloqlar hesab edir ki, bu tapıntılar bölgədə yaşamış qədim köçəri xalqların zənginliyini və yüksək sənətkarlıq səviyyəsini göstərir.
Mənbə: Sözcü







