XeberPlus

Ən son xəbərlər

Maraqlı

Tarixin 4 Sentyabrı

Bu dəfə tarix təqvimində 4 sentyabrın yadda qalan məqamlarına nəzər salırıq.

XeberPlus.com bildirir ki, bu gün tarixdə mühüm hadisələrlə yadda qalıb.

1992-ci il – Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Nəcəfov şəhid olub.

2003-cü il – Xalq yazıçısı, ədəbiyyatşünas Əzizə Cəfərzadə vəfat edib.

4 Sentyabr doğulanlar

1924 – cü ildə məşhur tarzən, Əməkdar artist Əhsən Dadaşov, 1950 – ci ildə şairə Aləmzər Əlizadə,
1972 – ci ildə aktyor, rejissor, publisist, yazıçı və karikaturaçı rəssam Bəhram Bağırzadə doğulub.

Həmçinin, 1960 – cı ildə amerikalı aktyor, komediyaçı və ssenarist Damon vayans, 1968-ci ildə Beysbol tarixinin məşhur oyunçularından biri Mike Piazza, 1978 – ci ildə “American beauty” filmi ilə tanınan amerikalı aktyor Ves Bentley, 1979-cu ildə “New Girl” serialındakı rolu ilə məşhur olan amerikalı aktyor Max Qreenfield, 1981 – ci ildə dünya şöhrətli amerikalı müğənni, bəstəkar və aktrisa Beyonce dünyaya gəlib.

 4 sentyabrda vəfat edənlər:

2019 – cu ildə tanınmış şair, tərcüməçi və ədəbiyyatşünas Abbas Abdulla , 2022 – ci ildə Əməkdar rəssam Asif Azərelli, 2023 – cu ildə professor və Əməkdar elm xadimi Fəridə Vəlixanova , 2024 – cu ildə teatr və kino aktyoru Aydın Orucov, 2025 – ci ildə italyan modelyer və moda sənayesinin ən nüfuzlu simalarından biri Giorgio Armani, 2006 – ci ildə italiya futbolunun əfsanələrindən biri Giacinto Facchetti, 2014 – cu ildə amerikalı komediyaçı, aktrisa və televiziya aparıcısı Coan Rivers vəfat edib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *