XeberPlus

Ən son xəbərlər

Dünya

Ukrayna Rusiyanın turizm şəhəri Soçiyə dəniz dronları ilə hücum etdi

Rusiya-Ukrayna müharibəsində gərginlik bu dəfə məşhur turizm mərkəzlərindən biri olan Soçiyə çatıb. Ukrayna qüvvələrinin Soçi limanına dəniz dronları ilə hücum etdiyi bildirilir. Hücum zamanı limandakı Rusiya təchizat gəmisinin hədəf alındığı, şəhərdə isə partlayış səslərinin eşidildiyi qeyd olunur.

Məlumata görə, Ukraynaya məxsus pilotsuz dəniz vasitələrindən biri Soçi limanında partlayıb.

Hücumun hədəflərindən birinin Rusiyaya məxsus “Nefrit” adlı çoxməqsədli təchizat gəmisi olduğu bildirilib. Təhlükəsizlik səbəbilə Soçi və Gelencik hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Mənbə: SonDakika

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *