XeberPlus

Ən son xəbərlər

Araşdırma

Beyin insanın seçimlərinə necə təsir edir?

ABŞ-də aparılan araşdırmada insan beyninin fəaliyyəti və qərarvermə prosesi ilə bağlı ənənəvi yanaşmaları dəyişdirə biləcək yeni nəzəriyyə irəli sürülüb.

ABŞ-ın İndiana Universitetinin Psixologiya və Beyin Elmləri bölməsinin professoru Tom Ceyms bildirib ki, beyin əvvəl qəbul et, sonra düşünərək qərar ver və sonda hərəkətə keç prinsipi ilə işləyən xətti sistemə malik deyil.

Araşdırmada qeyd olunub ki, beyində hisslərin qəbulu və hərəkətlərin idarə olunması ilə bağlı proseslər mövcuddur, lakin bu iki proses arasında ayrıca “qərarvermə mərkəzi”nin olduğuna dair nevroloji sübut aşkarlanmayıb.

Professor Tom Ceyms bildirib ki, insanın davranışları yalnızca beynin verdiyi qərarlarla deyil, beyin, bədən və ətraf mühitin davamlı qarşılıqlı təsiri nəticəsində formalaşır. Onun sözlərinə görə, insanlar adətən davranışlarını istək, inanc və niyyətlərinə əsaslanan qərarların nəticəsi kimi qiymətləndirirlər.

Ceyms vurğulayıb ki, qərarvermə gündəlik həyatı və davranışları izah etmək üçün faydalı anlayış olsa da, beyində bu prosesi idarə edən vahid qərarvermə mərkəzi yoxdur.

T. Ceyms fikrini izah etmək üçün robot sistemlərini nümunə göstərib. O bildirib ki, yalnız ətrafda hərəkət edə bilən robot belə kənardan baxan insana sanki şüurlu şəkildə qərar verirmiş kimi görünə bilər.

Alimin sözlərinə görə, belə robotun daxilində ayrıca qərarvermə mexanizmi yoxdur. Robot sadəcə ətrafını hiss edir və buna uyğun hərəkət edir. İnsan davranışları da buna bənzər şəkildə, ayrıca idarəedici mərkəz olmadan hissiyyat və hərəkət sistemlərinin qarşılıqlı fəaliyyəti nəticəsində formalaşa bilər.

Mənbə: dha.com.tr

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *