XeberPlus

Ən son xəbərlər

Maraqlı

Tarixdə 2 Sentyabr

Bu dəfə tarix təqvimində 2 sentyabrın yadda qalan məqamlarına nəzər salırıq.

XeberPlus.com bildirir ki, bu gün tarixdə mühüm hadisələrlə yadda qalıb.

1954-cü il — Bakıda Televiziya Mərkəzinin təməli qoyulub. Azərbaycan Televiziyası isə 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb.

1959-cu il — Oğuz rayonunda 7 bal gücündə zəlzələ baş verib. Bu hadisə 2 sentyabr tarixinin Azərbaycanla bağlı qeyd olunan mühüm təbii fəlakətlərindən biridir.

2 sentyabrda doğulanlar:

1916 – cı ildə Rəssam, Əməkdar incəsənət xadimi Əyyub Hüseynov, 1947 -ci ildə Tarzən, Xalq artisti Fikrət Verdiyev; 1949 – cu ildə Bəstəkar, pedaqoq, Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyov, 1968 – ci ildə Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümov, 1982 – ci ildə Dirijor, Əməkdar artist Fuad İbrahimov doğulub.

Həmçinin, 1838 – ci ildə Havay Krallığının sonuncu hökmdarı, kraliça Liliuokalani, 1850 – ci ildə Amerikalı iş adamı, beysbol avadanlıqları istehsalçısı Albert Spalding, 1948 – ci ildə Amerikalı peşəkar futbolçu və televiziya aparıcısı Terry Bradshav,1901 – ci ildə ABŞ-ın məşhur basketbol məşqçisi Adolph Rupp, 1991- cu ildə Britaniyalı aktyor Damson Idris dünyaya gəlib.

2 sentyabrda vəfat edənlər:

1937 – ci ildə tarixçi, etnoqraf və maarifçi Teymur bəy Bayraməlibəyov, 1973 – cü ildə uzunömürlülüyü ilə tanınan Şirəli Müslümov, 1988 – ci ildə folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Hüseynzadə, 1992 – ci ildə Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub, 2021 – ci ildə tanınmış güləşçi, Olimpiya mükafatçısı və Əməkdar məşqçi Aydın İbrahimov, 1937 – ci ildə müasir Olimpiya Oyunlarının bərpasının əsas təşəbbüskarlarından biri, Beynəlxalq Olimpiya Komitəsinin qurucusu Pyer de Kuberten, 2001 – ci ildə ürək transplantasiyasını həyata keçirən ilk cərrah kimi tanınan Kristian Barnard, 2016 – ci ildə Özbəkistanın ilk prezidenti İslam Kərimov vəfat edib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *