XeberPlus

Ən son xəbərlər

Siyasət

Azərbaycan – ŞƏT əlaqələrinin inkişafı və ölkəmizin Bişkek sammitində iştirakının əhəmiyyəti 

“Prezident İlham Əliyevin növbəti dəfə Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün Bişkekə səfər etməsi həm Azərbaycan–Qırğızıstan münasibətləri, həm də Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri, və Azərbaycan–Şanxay Əməkdaşlıq Təşkilatı münasibətləri baxımından çox mühüm və tarixi hadisədir”

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov XeberPlus.com-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, Azərbaycanın 11 ildir Şanxay Əməkdaşlıq Təşkilatı ilə olan birgə f’aliyyəti yüksələn xəttlə davam edir:

“Azərbaycan Prezidenti bundan əvvəl də ŞƏT+ formatında keçirilən tədbirlərdə iştirak edib. Bu dəfə tədbirə 17 dövlət rəhbəri qatılır. Onların arasında Çin, Rusiya, İran, Hindistan, Mərkəzi Asiya dövlətləri, Belarus və Türkiyə prezidentləri, eləcə də digər dövlətlərin rəhbərləri var. Bildiyimiz kimi, 25 illiyi qeyd edilən Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycan 2015-ci ildən dialoq tərəfdaşı statusuna malikdir və təşkilatla əməkdaşlığını davam etdirir. Bu dəfə tədbirdə həm təşkilata üzv, həm də üzv olmayan ümumilikdə 17 dövlət başçısı iştirak edir. Nümayəndə heyətləri baxımından isə 10 üzv dövlətin, 2 müşahidəçi dövlətin və 15 dialoq tərəfdaşı statusuna malik ölkənin nümayəndələri tədbirə qatılıblar”.

Həmsöhbətimiz vurğulayıb ki, İlham Əliyevin uğurlu siyasətilə qonşu və region ölkələri arasında mühim məsələlər müzakirə edilir: 

“Prezidentimiz tədbirdə iştirak edir və bir sıra ikitərəfli görüşlər keçirir. Həmçinin Prezidentin Ermənistanın baş naziri ilə görüşməsi, eləcə də İran, Türkiyə, Rusiya, Çin və digər dövlətlərin rəhbərləri ilə ayaqüstü və ya qısamüddətli müzakirələr aparması ölkələr arasında maraq doğuran məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradır”.

Xəyal Bəşirov bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə və ölkədə baş verən əhəmiyyətli inkişaf beynəlxalq səviyyədə nüfuzun daha da artırmasında önəmli rol oynayıb:

“Hesab edirəm ki, Azərbaycan artıq tədbirlərdə Cənubi Qafqaz regionunu təmsil edən lider dövlət kimi iştirak edir. Bu isə onu göstərir ki, Azərbaycanın nüfuzu təkcə regionda deyil, qlobal səviyyədə də artmaqdadır. Təbii ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə və ondan sonra baş verən proseslər də ölkənin beynəlxalq nüfuzuna müsbət təsir göstərib. 

Bu gün hərbi blok xarakteri daşımayan bu tip təşkilatlarla Azərbaycanın əməkdaşlıq etməsində həm ölkəmizin, həm də həmin təşkilatların və onların üzvlərinin ciddi maraqları var.

Bu baxımdan düşünürəm ki, Azərbaycan Prezidentinin tədbirdə iştirakı, keçirdiyi və keçirəcəyi ikitərəfli görüşlər, eləcə də aparılan müzakirələr bundan sonra Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya regionu və iştirakçı dövlətlərlə münasibətlərinə, həmçinin dünyada Azərbaycanın mövqeyinə müsbət təsir göstərəcək.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *