XeberPlus

Ən son xəbərlər

Ölkə

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.

Bu barədə Azəriqaz İstehsalat Birliyindən (İB) XeberPlus.com-a məlumat verilib.

Payız-qış mövsümünə hazırlıq, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun R. Quliyev, İ. Əbilov, Sadıqcan, Zığ yolu, Cavanşir küçələrinin və Kombinat ərazisinin, Sabunçu rayonunun Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Balaxanı qəsəbəsində Fazenda küçəsinin, Suraxanı rayonunun Zığ qəsəbəsində H. Allahverdiyev, Xanlar, N. Gəncəvi, İ. Süleymanov, R. Göyüşov, S. Həmidov küçələrinin və Zığ şosesinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *