Malaziyada Tokio şəhərindən gələn sərnişin təyyarəsinin texniki baxışı zamanı təyyarənin eniş sistemi bölməsində kişi cəsədi aşkarlanıb. Hadisə Kuala Lumpur Beynəlxalq Hava Limanında baş verib.
Məlumata görə, təyyarə Tokio-Kuala Lumpur reysindən sonra texniki yoxlamaya götürülüb. Baxış zamanı işçilər pis qoxu hiss edib və yoxlama nəticəsində təyyarənin alt bölməsidə üzüaşağı vəziyyətdə uzanan cəsəd tapılıb.
İlkin araşdırmalara əsasən, ölən şəxsin 17-25 yaşlarında gəncə olduğu və ən azı 72 saat əvvəl həyatını itirdiyi ehtimal edilir. Onun üzərindən şəxsiyyətini müəyyənləşdirən sənəd çıxmayıb.
Hazırda polis şəxsin kimliyini və təyyarənin eniş sisteminə necə daxil olduğunu araşdırır.
Mənbə:halktv.com







