XeberPlus

Ən son xəbərlər

Dünya

Türkiyədə Süni İntellekt üzrə Milli Şura yaradılacaq

Türkiyədə süni intellekt sahəsində milli prioritetlərin müəyyənləşdirilməsi, investisiyaların istiqamətləndirilməsi və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi məqsədilə Milli Süni İntellekt Şurasının yaradılması nəzərdə tutulur.

Anadolu Agentliyinin məlumatına görə, Şuranın yaradılması Türkiyənin 2026–2030-cu illəri əhatə edən Süni İntellekt Fəaliyyət Planında nəzərdə tutulan idarəetmə hədəfləri çərçivəsində həyata keçiriləcək.

Məlumata əsasən, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə fəaliyyət göstərəcək Milli Süni İntellekt Şurası milli prioritetləri və illik fəaliyyət planlarını təsdiqləyəcək, iri dövlət və ekosistem investisiyalarının istiqamətləndirilməsində iştirak edəcək, həmçinin qurumlar arasında yarana biləcək səlahiyyət və koordinasiya problemlərinin həllinə töhfə verəcək.

Yeni idarəetmə modelində fəaliyyət planının icrasının izlənilməsi üçün Proqram Ofisinin yaradılması da nəzərdə tutulur. Bundan başqa, süni intellekt tətbiqlərində etik prinsiplərə dair rəhbərliyin təmin edilməsi məqsədilə Milli Süni İntellekt Etika Şurasının formalaşdırılması planlaşdırılır.

Məlumatda o da qeyd olunur ki, Milli Süni İntellekt Şurasının katiblik funksiyasını Sənaye və Texnologiya Nazirliyinin Milli Texnologiyalar və Süni İntellekt Baş İdarəsi həyata keçirəcək.//Xalqqazet.az

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *