Lüks avtomobil istehsalçısı Bugatti, Avstriyanın C SEED şirkəti ilə birlikdə xüsusi dizayna malik qatlanan televizor hazırlayıb.
“N1” adlanan televizor Bugatti-nin Tourbillon modelindən ilhamlanaraq hazırlanıb. Qurğu bağlandıqda adi ekran kimi deyil, boz rəngli premium konsol görünüşünə çevrilir.
Televizor 110 və 137 düymlük ölçülərdə təqdim olunur və 4K MicroLED texnologiyasından istifadə edir. Ekran 180 dərəcə fırlana bilir və təxminən 45 saniyəyə açılıb-bağlanır.
C SEED şirkətinin rəhbəri bildirib ki, məqsəd sadəcə daha yaxşı televizor yaratmaq deyil, fərqli, lüks interyer elementi hazırlamaq olub.
Qurğunun qiyməti hələ açıqlanmayıb. Televizor ilk dəfə ABŞ-ın Denver şəhərində keçiriləcək CEDIA Expo sərgisində nümayiş etdiriləcək.
Mənbə:diken.com








