XeberPlus

Ən son xəbərlər

İdman

Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar

Azərbaycanın yeniyetmə cüdoçuları Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar.

XeberPlus.com 525.az-a istinadla bildirir ki, son olaraq Ayxan Həsənli (81 kq) gümüş mükafata sahib çıxıb.

Daha əvvəl Fərid Rzazadə (50 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.

Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş olmaqla 2 medalla tamamlayıb. Komanda bu nəticə ilə 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *