XeberPlus

Ən son xəbərlər

Dünya

Malazgirt Zəfərinin 955-ci ildönümü qeyd olunur

Malazgirt Zəfərinin 955-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq başa çatıb.

Üzərində və daxilində Səlcuq motivləri əks olunan keçədən hazırlanmış Xan otağı və 50 tematik çadırın qurulduğu Millət Bağı avqustun 23-25-də keçiriləcək tədbirlər üçün hazır vəziyyətə gətirilib. Tədbir Ahlat rayonunun Millət bağı ərazisində keçiriləcək.

Atlı oxçuluq, kökbörü, atlı döyüş sənətləri, atlı akrobatika, at sürmə, oxatma, güləş, əl işləri yarmarkası, ox və yay emalatxanası, yerli məhsulların satıldığı stendlər və uşaqlar üçün oyun meydançalarının yer aldığı Millət Bağında ölkənin müxtəlif bölgələrindən gələcək minlərlə qonaq qəbul ediləcək.

Türkiyə, Fələstin və türk boylarının bayraqları ilə bəzədilən Millət Bağında keçiriləcək müxtəlif tədbirlərlə Səlcuq mədəniyyətinin və ruhunun gələcək nəsillərə ötürülməsi hədəflənir.

Tədbir çərçivəsində kökbörü oyunu üzrə final yarışı keçiriləcək. SOLOTÜRK və “Çelik Kanatlar” komandalarının çıxışları, eləcə də helikopterlərin havada üzüm salxımını xatırladan formada nümayişlə Malazgirt Zəfərinin coşqusu yaşadılacaq.

Bitlis valisi Əhməd Karakaya bildirib ki, Malazgirt Zəfərinin 955-ci ildönümü ilə bağlı tədbirlər Prezident Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı, nazirlər və vətəndaşların iştirakı ilə keçiriləcək.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *