XeberPlus

Ən son xəbərlər

İdman

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi”nin hücumçusu Joao Pedro klubla yeni müqavilə imzalayıb.

XeberPlus.com 525.az-a istinadla xəbər verir ki, London təmsilçisi 24 yaşlı futbolçu ilə sözləşməni 2034-cü ilin yayına qədər uzadıb. Bu haqda “Çelsi”nin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard 2025-ci ilin yayından “Çelsi”də çıxış edir. O, bu müddətdə bütün turnirlərdə 53 oyuna çıxıb, 23 qol vurub və 9 məhsuldar ötürmə edib.

Azarkeşlər Pedronu ötən mövsüm komandanın ən yaxşı futbolçusu seçiblər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *