XeberPlus

Ən son xəbərlər

Dünya

5 nəfəri öldürdü – edam edildi

Yaponiyada 2009-cu ildə oyun salonunda yanğın törədərək 5 nəfərin ölümünə səbəb olan 58 yaşlı Sunao Takami edam edilib.

Kyodo xəbər agentliyinin məlumatına görə, Takami barəsində çıxarılan ölüm hökmü yerinə yetirilib. Yaponiyanın Ədliyyə naziri Hiroşi Hiraquçi qərarı diqqətlə qiymətləndirdikdən sonra edamın həyata keçirilməsi üçün göstəriş verdiyini bildirib.

Hadisə 5 iyul 2009-cu ildə Osaka şəhərində baş verib. Takami oyun salonunun döşəməsinə benzin tökərək yanğın çıxarıb. Yanğın nəticəsində 5 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.

Onun haqqında ölüm hökmü 2016-cı ildə qüvvəyə minib. Takami, 2025-ci ilin iyunundan sonra Yaponiyada edam edilən ilk məhbus olub.

Bu edam həmçinin Baş nazir Takaiçi Sanae dövründə həyata keçirilən ilk ölüm hökmü kimi qeydə alınıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *