XeberPlus

Ən son xəbərlər

Hərbi

Prezident üç hərbçiyə general-leytenant, birinə general-mayor rütbəsi verdi

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

XeberPlus.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla general-mayor Babək Mürsəl oğlu Ələkbərova, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova və general-mayor Faiq Həmzəağa oğlu Məmmədova “general-leytenant” ali hərbi rütbəsi, polkovnik Elfan Şakir oğlu Quliyevə isə “general-mayor” ali hərbi rütbəsi verilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *