ABŞ-ın Kaliforniya ştatının Santa Rosa şəhərində keçirilən 2026-cı il “Dünyanın ən çirkin iti” yarışması rəngarəng görüntülərlə yadda qalıb. Sonoma County tədbir mərkəzində təşkil olunan müsabiqədə münsiflər qeyri-adi görünüşləri ilə seçilən itlər arasından qalibi müəyyənləşdiriblər.
Jennie Leu adlı it yarışmada birinci olub. O, 2026-cı ilin “Dünyanın ən çirkin iti” seçilərək qalibiyyət tacına sahib çıxıb.

Yarışmada ikinci yeri isə Pinky tutub. Özünəməxsus görünüşü ilə diqqət çəkən Pinky “çirkinlik” podiumunda gümüş medal qazanaraq müsabiqəni ikinci pillədə başa vurub.

Otto da rəqiblərini geridə qoyaraq üçüncü yeri tutub. Beləliklə, o, 2026-cı ilin ən çox diqqət çəkən “çirkinləri” sırasında yer alıb.

Yarışma klassik gözəllik anlayışını alt-üst edib. Qeyri-adi fiziki xüsusiyyətləri ilə seçilən itlər podiuma çıxaraq diqqət mərkəzinə düşüblər. Yarış zamanı həm əyləncəli, həm də yaddaqalan görüntülər yaşanıb.



Mənbə: Milliyet.com.tr






