Göyçay şəhərində baş verən zəncirvari avtomobil qəzasında xəsarət alan altı nəfər evə buraxılıb.
TƏBİB-dən “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (4 kişi, 2 qadın) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrin yumşaq toxumalarının əzilməsi və əzilmiş, cırılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.







