Misirin paytaxtı Qahirədə yerləşən “Arabella Plaza” ticarət mərkəzində baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb.
Məlumata görə, hadisə ticarət mərkəzinin giriş mərtəbəsində yerləşən hədiyyə və oyuncaq mağazasında baş verib. İlkin araşdırmalara əsasən, partlayış helium qazı balonunun partlaması nəticəsində meydana gəlib və daha sonra kiçik yanğın başlayıb.
Partlayışdan sonra əraziyə təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib. Yanğın qısa müddətdə nəzarət altına alınıb, lakin hadisə zamanı ətrafdakı bəzi mağazaların vitrinləri də zərər görüb.
Misir Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb. Mağaza sahibinin ifadəsinin alınması üçün saxlanıldığı, partlayışın dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislərin cəlb olunduğu bildirilib.
Hadisə ticarət mərkəzində böyük panikaya səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib və onların müalicəsi davam edir.
Mənbə: haberturk.com







