XeberPlus

Ən son xəbərlər

Texnologiya

iPhone 18 və iPhone Air 2-nin görüntüləri yayıldı

“Apple” şirkətinin 2027-ci ildə təqdim etməsi gözlənilən “iPhone 18” və “iPhone Air 2” modellərinin ilk görüntüləri yayılıb. İnternetdə paylaşılan maketlər yeni smartfonların xarici görünüşü və kamera sistemində nəzərdə tutulan dəyişikliklər barədə məlumat verir.

XeberPlus.com xəbər verir ki, yayılan görüntülərdə hər iki telefonun alüminiumdan hazırlanmış maketləri əks olunub. Ən diqqətçəkən yenilik isə “iPhone Air 2” modelinin arxa hissəsində iki kameranın yerləşdirilməsidir.

İddialara görə, yeni model 48 meqapiksellik əsas kamera ilə yanaşı, eyni keyfiyyət göstəricisinə malik ultra genişbucaqlı kamera ilə də təchiz ediləcək. Bu dəyişiklik əvvəlki modelin tək kameralı olması ilə bağlı narazılıqları aradan qaldıra bilər.

“iPhone Air 2”nin daha nazik gövdəyə sahib olacağı da bildirilir. Hazırkı modelin qalınlığı 5,6 millimetr olduğu halda, yeni smartfonun 5,2 millimetr qalınlığında olacağı gözlənilir. Bununla yanaşı, cihazın 3500 milliamper-saat tutumlu daha böyük batareya ilə təchiz ediləcəyi iddia olunur.

“iPhone 18” modelinin dizaynında isə ciddi dəyişiklik gözlənilmir. Yayılan görüntülərə əsasən, telefon əvvəlki “iPhone 17” modelinə bənzəyəcək və arxa hissəsində şaquli yerləşdirilmiş iki kamera saxlanılacaq.

Məlumata görə, hər iki smartfonun 2027-ci ilin yazında təqdim olunması gözlənilir. “iPhone 18e” modelinin də həmin dövrdə satışa çıxarılacağı ehtimal edilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *