XeberPlus

Ən son xəbərlər

Dünya

Rotterdam limanında güclü partlayış: ölən və yaralananlar var

Niderlandın Rotterdam şəhərində yerləşən, Avropanın ən böyük dəniz limanı hesab olunan Rotterdam limanında güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Partlayış avqustun 13-də səhər saatlarında limanın sənaye zonasında, Gunvor Energy şirkətinə məxsus neft emalı və yanacaq terminalında qeydə alınıb. İlkin məlumatlara görə, hadisədən əvvəl ərazidə boru xətlərində texniki xidmət işləri aparılırdı.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub, yaralılar xəstəxanalara çatdırılıb. Polis partlayışın səbəbinin hələlik məlum olmadığını bildirib. Ərazidə araşdırma aparılır.

Eyni zamanda liman ərazisində ciddi elektrik kəsintisinin baş verdiyi və bəzi müəssisələrin fəaliyyətini müvəqqəti dayandıraraq əməkdaşlarını təxliyə etdiyi bildirilir. Partlayışla elektrik kəsintisi arasında əlaqənin olub-olmadığı hələ müəyyən edilməyib.

Mənbə: Milliyet.com

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *