“Tesla” şirkəti qeyri-adi dizaynı ilə tanınan “Cybertruck” elektrik avtomobilinin istehsalını dayandırmağa hazırlaşır.
XeberPlus.com xəbər verir ki, Elon Mask bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb. Onun sözlərinə görə, qərar Texasdakı fabrikdə “Cybercab” adlı sürücüsüz robotaksilərin istehsalını artırmaq məqsədi daşıyır.
2019-cu ildə təqdim edilən “Cybertruck” futuristik görünüşü və qeyri-adi konstruksiyası ilə böyük maraq doğurmuşdu. Lakin 2023-cü ildə satışa çıxarılan avtomobil sonradan texniki problemlər, geri çağırılmalar və yüksək qiymətinə görə tənqidlərlə üzləşib.
Şirkət əvvəlcə ildə 250 min ədəd “Cybertruck” satmağı planlaşdırsa da, nəticələr gözləntilərdən xeyli aşağı olub. Belə ki, 2024-cü ildə 38 965, 2025-ci ildə isə cəmi 20 237 avtomobil satılıb.
Hazırda ABŞ bazarında modelin qiyməti 82 490 dollardan başlayaraq 102 490 dollara qədər yüksəlir. Yüksək qiymət və tələbatın azalması avtomobilin gələcəyi ilə bağlı suallar yaradıb.








