Donald Trampın ötən həftə “İrana nüvə hücumu edə bilərik” açıqlamasından sonra Tehran hərəkətə keçib.
XeberPlus.com xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, İran Səhiyyə Nazirliyi mümkün nüvə hücumuna hazırlıq məqsədilə Kazma dağı ətrafında yaşayan insanlara yod həbləri paylamağa başlayıb.
Yod həblərinin paylanmasında əsas məqsəd nüvə partlayışı zamanı havaya yayılan radioaktiv yodun qalxanabənzər vəziyə daxil olmasının qarşısını almaqdır. Bununla da həmin vəzinin zədələnməsi və gələcəkdə xərçəng yaranması riski azalır.








