XeberPlus

Ən son xəbərlər

Texnologiya

WhatsApp-dan Android istifadəçilərinə sürpriz: yeni funksiya gəlir

“WhatsApp” Android istifadəçiləri üçün yeni funksiya hazırlayır.

XeberPlus.com xəbər verir ki, yeni funksiya “WhatsApp”ın Android versiyası üçün hazırlanıb.

Məlumata görə, istifadəçilər söhbətin üzərinə barmaqlarını basılı saxladıqda son mesajları göstərən xüsusi pəncərə açılacaq. Bu pəncərədə mesajları oxumaq qarşı tərəfə mavi işarənin göndərilməsinə səbəb olmayacaq.

Yeni funksiyanın əsas üstünlüklərindən biri əvvəlki mesajlara da baxmaq imkanının olmasıdır. İstifadəçilər pəncərəni yuxarı sürüşdürərək daha köhnə mesajları söhbətə daxil olmadan oxuya biləcəklər.

Oxşar funksiya artıq “iPhone” cihazlarında mövcuddur. Lakin Android üçün hazırlanan versiyada mesajları sürüşdürərək oxumaq imkanı da nəzərdə tutulur.

Bundan əlavə, yeni pəncərədən söhbəti sabitləmək, arxivləşdirmək, bildirişləri səssizə almaq, oxunmamış kimi işarələmək və silmək mümkün olacaq.

Qeyd edək ki, “WhatsApp” yeniliyin nə vaxt istifadəyə veriləcəyini rəsmi şəkildə açıqlamayıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *