BDU ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycan radiosunun 100 illik yubileyi münasibətilə Bakı Dövlət Universiteti (BDU) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
XəbərPlus.com xəbər verir ki, müqaviləni BDU-nun rektoru Elçin Babayev və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov imzalayıblar.
Sənədin imzalanması iki qurum arasında əməkdaşlığın inkişafı, jurnalistika sahəsində təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət üçün əhəmiyyət daşıyır.








