XeberPlus

Ən son xəbərlər

Dünya

Avstraliyada hava limanını zəhərli ilanlar bürüdü

Avstraliyada hava limanının müxtəlif ərazilərində çoxsaylı zəhərli ilanların aşkarlanması narahatlığa səbəb olub. Sərnişinlərin gözləmə zallarında və əməkdaşların iş otaqlarında görünən ilanların tutulması üçün mütəxəssislər əraziyə cəlb ediliblər.

XeberPlus.com xəbər verir ki, hadisə ölkənin Şimal Ərazisində yerləşən Elis-Sprinqs hava limanında qeydə alınıb.

Məlumata görə, son həftələrdə hava limanının müxtəlif hissələrində onlarla ilan müşahidə olunub. Onlar arasında təhlükəli zəhərə malik ilan növlərinin də olduğu bildirilib.

Elis-Sprinqs Sürünənlər Mərkəzinin mütəxəssisi Reks Nayndorf bildirib ki, ilanların tutulması üçün dəfələrlə hava limanına çağırılıblar. Mütəxəssislər sərnişinlərin qeydiyyat məntəqələrində, terminal girişlərində və “Qantas” aviaşirkətinin xüsusi gözləmə zalında ilanlar aşkar ediblər.

Xüsusilə təhlükəli hesab edilən iki qərb qəhvəyi ilanı terminalın daxilində tutulub. Onlardan biri sərnişinlərin hərəkət etdiyi ümumi ərazidə, digəri isə hava limanı əməkdaşlarının işlədiyi otaqda tapılıb.

Mütəxəssislərin sözlərinə görə, bölgədə havanın temperaturunun yüksəlməsi ilanların daha sərin və kölgəli yerlərə üz tutmasına səbəb olur. Bu səbəbdən hava limanının binaları sürünənlər üçün sığınacaq rolunu oynaya bilir.

Hava limanını idarə edən “Airport Development Group” şirkəti təhlükəli ərazilərin mütəmadi yoxlanıldığını və sərnişinlərin xəbərdarlıq lövhələri vasitəsilə məlumatlandırıldığını açıqlayıb. Əməkdaşlara ilanlarla qarşılaşdıqda necə davranmaq barədə xüsusi təlimlər də keçirilib.

Qeyd edək ki, indiyədək hava limanında ilanların hücumu nəticəsində xəsarət alan şəxsin olmadığı bildirilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *