Azərbaycan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə Ukraynadan idarə olunan mütəşəkkil kiberdələduzluq şəbəkəsi ifşa olunub.
XeberPlus.com xəbər verir ki, DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib.
Keçirilən əməliyyat nəticəsində, Kiyev şəhərində fəaliyyət göstərən qanunsuz “Call Center”lərdə işləyən 11 nəfər, o cümlədən şəbəkənin əsas təşkilatçıları kimi beynəlxalq axtarışa verilmiş Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov saxlanılaraq Azərbaycana gətiriliblər.








