XeberPlus

Ən son xəbərlər

İdman

İspaniyalı futbolçu oyun zamanı aldığı zədədən sonra vəfat etdi -VİDEO

İspaniyanın “Tenerife” klubunun 30 yaşlı futbolçusu Xesus de Migel Alameda oyun zamanı rəqib komandanın qapıçısı ilə toqquşduqdan sonra həyatını itirib.

XeberPlus.com xəbər verir ki, hadisə noyabrın 2-də İspaniya II Liqasında keçirilən “Tenerife” – “Andorra” qarşılaşmasında baş verib.

“Tenerife”nin hücumçusu Xesus de Migel rəqib qapıçı Xesus Ovono ilə toqquşub. Qapıçının dizindən sinəsinə güclü zərbə alan futbolçu huşunu itirərək meydançaya yıxılıb.

Hadisə nəticəsində futbolçunun ürəyi dayanıb. Tibbi heyət dərhal müdaxilə edib və o, təcili tibbi yardım xidmətilə xəstəxanaya çatdırılıb.

Ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən futbolçunun həyatını xilas etmək mümkün olmayıb. O, yerli vaxtla saat 08:00-da vəfat edib.

“Tenerife” klubu futbolçunun ölümü ilə bağlı rəsmi açıqlama yayaraq ailəsinə və yaxınlarına başsağlığı verib. Klub bu itkinin bütün komanda və azarkeşlər üçün böyük itki olduğunu bildirib.

Faciəvi hadisədən sonra qarşılaşma yarımçıq dayandırılıb. İspaniya futbol ictimaiyyətinin nümayəndələri və müxtəlif klublar futbolçunun ailəsinə başsağlığı mesajları ünvanlayıblar.

Qeyd edək ki, Xesus de Migel cari mövsümdə “Tenerife”nin heyətində beş oyunda iştirak etmişdi.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *