Xəbər verdiyimiz kimi , Türkiyəli müğənni İlyas Yalçıntaş Hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülmüşdü.
XeberPlus.com xəbər verir ki, İlyas Yalçıntaş tanınmış müğənni olduğunu vurğulayaraq ittihamları rədd edib və hakim qarşısına çıxarılmasından təəssüfləndiyini bildirib.
Müğənni “narkotik və ya stimullaşdırıcı maddələrin ticarəti və ya təchizatı” ittihamı ilə məhkəmənin ilk iclasında azadlığa buraxılıb.
Məhkəmə İlyas Yalçıntaşın ayda bir dəfə imza atmaq şərti ilə azadlıqda qalmasına qərar verib. İş üzrə növbəti məhkəmə isə şahidlərin dindirilməsi və çatışmayan məqamların araşdırılması üçün təxirə salınıb.
İfaçının növbəti məhkəməsi dekabrın 15-də keçiriləcək.








