XeberPlus

Ən son xəbərlər

Hadisə

Ələt-Astara yolunda ağır yol qəzası baş verdi

Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XeberPlus.com “Report”a istinadla xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı VAZ-2106, VAZ-2107 və mikroavtobus toqquşub.

Qəza nəticəsində üç nəfər yaralanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan üm nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *