XeberPlus

Ən son xəbərlər

Hadisə

Hesaba görə başlayan mübahisə qanla bitdi

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birinin ərazisində qeydə alınıb.

İlkin məlumata görə, mübahisə zəminində 1986-cı il təvəllüdlü Səhubi Xudadatov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Münaqişəyə hesaba görə başlayan mübahisə səbəb olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, 2008-ci il təvəllüdlü Fuad Cəfərli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *