XeberPlus

Ən son xəbərlər

Maraqlı

2 Noyabrda baş verənlər…

Bu gün dünya tarixində yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.

XeberPlus.com bu hadisələri təqdim edir:

2 Noyabr Azərbaycanda baş verənlər:

1994 – cü ildə Prezident Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edib.

2008 – ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında Moskva Bəyannaməsi imzalanıb.

2020 – ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında bir sıra kəndləri işğaldan azad edib.

2023 – cü ildə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşündə iştirak etmək məqsədilə Qazaxıstana səfər edib.

2 Noyabr dünyada baş verənlər:

1917 – ci ildə Balfur Bəyannaməsi qəbul edilib. Böyük Britaniya hökuməti Fələstində yəhudi xalqı üçün milli yurd yaradılmasına dəstəyini rəsmən bəyan edib.

1920 – ci ildə ABŞ-də KDKA radiostansiyası prezident seçkilərinin nəticələrini radio vasitəsilə yayımlayıb. Bu hadisə kommersiya radioyayımının başlanğıcı hesab olunur.

1930 – cu ildə Hayle Selassiyenin tacqoyma mərasimi keçirilib. O, Efiopiyanın imperatoru elan edilərək I Hayle Selassiye adını qəbul edib.

1936 – cı ildə BBC Londonda dünyada ilk müntəzəm yüksəkkeyfiyyətli televiziya yayımına başlayıb. Verilişlər Aleksandra Sarayında yerləşən studiyalardan yayımlanıb.

1947 – ci ildə “Spruce Goose” adlı nəhəng təyyarə ilk və yeganə uçuşunu həyata keçirib. Amerikalı aviator Hovard Hyuzun idarə etdiyi təyyarə Kaliforniyada Lonq-Biç limanı üzərində sınaq uçuşu edib.

1988 – ci ildə İnternet tarixində ilk böyük kibertəhlükəsizlik hadisələrindən biri baş verib. “Morris” adlı kompüter qurdu internetə yayılaraq təxminən 6 min kompüterin fəaliyyətini pozub.

2000 – ci ildə Beynəlxalq Kosmik Stansiyada insanların fasiləsiz yaşaması dövrü başlayıb. İlk uzunmüddətli heyət stansiyaya daxil olaraq burada daimi fəaliyyətin əsasını qoyub.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *