Xəbər verdiyimiz kimi 225 nömrəli tam orta məktəbdə, 7-ci sinif şagirdi intihar edib.
XeberPlus.com xəbər verir ki, hadisə ilə bağlı əraziyə yollanan “Real TV” əməkdaşları hücuma məruz qalıblar.
Hadisə nəticəsində telekanalın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Jurnalistlər hadisə ilə bağlı DİN-in “102” Xidmət Zəng Mərkəzinə məlumat veriblər. Hadisə dərhal nəzarətə götürülüb. Jurnalistlərə hücum edən şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülüb.








