XeberPlus

Ən son xəbərlər

Xarici Siyasət

İsraildə səsvermə qutuları açılıb – Tramp məsələyə müdaxilə edir

İsraildə səslərin sayılması davam etdikcə, ABŞ prezidenti Donald Trampın seçkilərdən sonrakı hökumətlə bağlı planları ön plana çıxıb.

XeberPlus.com xəbər verir ki, ABŞ prezidenti Netanyahunu müxalifətlə razılaşaraq, hakimiyyətin növbə ilə bölüşdürüləcəyi milli birlik hökuməti qurmağa məcbur etmək istəyir.

Trampın bu addımının İsraillə ərəb ölkələri arasında münasibətləri yaxşılaşdırmaq və “İbrahim Sazişləri ”nə daha çox ölkənin qoşulmasına şərait yaratmaq məqsədi daşıdığı bildirilir.

İddia olunur ki, Tramp yeni hökumətdə İsrailin ifrat sağçı siyasətçiləri İtamar Ben-Qvir və Bezalel Smotriçin yer almaması üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

ABŞ mənbələrinin sözlərinə görə, Vaşinqton Ben-Qvirin də daxil olduğu hökumət variantını qəbul etmir.

Səslərin 76,8%-i hesablandıqdan sonra açıqlanan ilkin nəticələrə görə, Netanyahunun rəhbərlik etdiyi hakim blokun 54, Qadi Eisenkotun rəhbərlik etdiyi müxalifət blokunun 47, ərəb partiyalarının isə 19 yer qazanacağı gözlənilir.

Qeyd edək ki, İsrail parlamentində (Knesset) hökumət qurmaq üçün 120 yerdən ən azı 61-ni əldə etmək lazımdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *