XeberPlus

Ən son xəbərlər

Texnologiya

Yaponyalı mütəxəsisslər Çin maşınını hissələrə böldülər

Yaponiyalı mütəxəssislər Çinin BYD şirkətinin elektrikli avtomobilləri necə daha ucuz istehsal etdiyini araşdırmaq üçün şirkətin “Atto 3” modelini tamamilə sökərək onun hissələrini təhlil ediblər.

XeberPlus.com xəbər verir ki, aparılan təhlil “BYD” -nin qiymət üstünlüyünün təkcə ucuz istehsal xərcləri ilə bağlı olmadığını ortaya qoyub.

Məlum olub ki, şirkətin əsas üstünlüklərindən biri avtomobillərin ən bahalı hissələrindən sayılan batareyaları özünün istehsal etməsidir. Bu yanaşma “BYD”-nin digər təchizatçılardan asılılığını azaldır və xərclərə daha yaxşı nəzarət etməyə imkan verir.

Mütəxəssislər avtomobilin daha sadə quruluşuna da diqqət çəkiblər. Hissələrin sayının az olması istehsalı asanlaşdırır və xərcləri azaldır.

Araşdırma göstərib ki, “BYD”-nin rəqabət üstünlüyünün arxasında təkcə qiymət siyasəti deyil, həm də istehsalın müxtəlif mərhələlərini öz daxilində birləşdirən sistem dayanır.

Bu yanaşma Çin şirkətinə elektrikli avtomobil bazarında rəqibləri ilə daha münasib qiymətlərlə mübarizə aparmaq imkanı yaradır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *