XeberPlus

Ən son xəbərlər

Texnologiya

Çində avtomobil saatda 100 kilometr sürətlə yanakı hərəkət etdi

Çində magistral yolda qeyri-adi şəkildə hərəkət edən avtomobil sosial şəbəkələrdə gündəm olub. “Voyah” markalı avtomobili saatda təxminən 100 kilometr sürətlə yanakı vəziyyətdə hərəkət edərkən görüntülənib.

XeberPlus.com xəbər verir ki, yayılan kadrlarda avtomobilin düz istiqamətdə deyil, yola nisbətən bucaq altında irəlilədiyi görünür. Hadisə həm avtomobil həvəskarlarının, həm də mütəxəssislərin diqqətini çəkib.

Avtomobil “Voyah Taishan” modelidir. Bu model arxa təkərlərin də dönməsinə imkan verən xüsusi idarəetmə sistemi ilə təchiz olunub. Sistem avtomobilin dar yerlərdə yanakı hərəkət etməsini asanlaşdırır.

Lakin bu funksiya yüksək sürətlə hərəkət üçün nəzərdə tutulmayıb.

Mütəxəssislər bildirirlər ki, magistral yolda bu formada hərəkət etmək idarəetmənin itirilməsinə, təkərlərin zədələnməsinə və ciddi yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *